AZ

Azərbaycan nefti bahalaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,32 ABŞ dolları və ya 0,46% artaraq, 69,02 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,32 dollar və ya 0,47% bahalaşaraq 67,55 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,4 dollar və ya 0,72% artaraq, 56,24 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,44 dollar və ya 0,66% artaraq 67,14 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Seçilən
28
49
turkic.world

10Mənbələr