AZ

Türkiyədə 52 miqrant qaçaqmalçısı və 666 qeyri qanuni miqrant saxlanıldı

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Türkiyədə 81 vilayətdə aparılan əməliyyatlar zamanı 52 miqrant qaçaqmalçısı və 666 qeyri-qanuni miqrant saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, ölkənin Daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, yoxlamalar zamanı 402 mindən çox insanın şəxsiyyəti yoxlanılıb.

O, saxlanılan qeyri-qanuni miqrantların ölkələrinə geri qaytarılması üçün prosedurların başladığını vurğulayıb.

Nazir həmçinin əməliyyatda iştirak edən polis, jandarm, sahil mühafizəsi və miqrasiya xidməti əməkdaşlarına təşəkkür edib.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
bakivaxti.az

1Mənbələr