AZ

“Polşadakı hədəfləri vurmaq planımız olmayıb” – “Bizim PUA-lar 700 kilometr uçur...”

Dünən Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi-sənaye obyektlərinə endirilən son zərbələr fonunda Polşa ərazisinə dronların düşməsi ilə bağlı açıqlama yayıb. Nazirlik bildirib ki, hücum zamanı Polşadakı hədəflərin vurulması nəzərdə tutulmayıb.

“Zərbədə istifadə edilən və Polşa ilə sərhədi keçdiyi iddia edilən Rusiya PUA-larının maksimal uçuş məsafəsi 700 kilometrdən çox deyil”, – açıqlamada qeyd olunub. 

Moskva həmçinin Polşa Müdafiə Nazirliyi ilə bu məsələni müzakirə etməyə hazır olduğunu bəyan edib.

Polşa Müdafiə Nazirliyi isə əksinə, bir neçə Rusiya dronunun ölkənin hava məkanını pozduğunu və onlardan bəzilərinin vurulduğunu açıqlayıb. Rəsmi Varşava hadisəni ölkənin təhlükəsizliyinə yönəlmiş ciddi təhdid kimi qiymətləndirib.

Baş verənlərdən sonra Polşa tərəfi NATO Nizamnaməsinin IV maddəsini işə salaraq alyans daxilində təcili məsləhətləşmələrə çağırış edib. Sənədə əsasən, üzv ölkələrdən hər hansı birinin ərazi bütövlüyü və ya təhlükəsizliyi təhdid altına düşərsə, kollektiv müzakirələr aparılır.

NATO artıq bu çağırışı qəbul edib və Polşanın təşəbbüsü ilə kollektiv məsləhətləşmələrə başlayıb.

Qərb mediası (Reuters, AP, FT) qeyd edir ki, bu hadisə Rusiya-Ukrayna müharibəsi fonunda NATO üzvü olan bir ölkənin hava məkanına ən ciddi müdaxilələrdən biri kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, IV maddənin aktivləşdirilməsi alyansın şərq cinahında hərbi koordinasiyanın daha da gücləndirilməsinə səbəb ola bilər.

Seçilən
33
hurriyyet.az

1Mənbələr