NAFTALAN, 11 sentyabr. TELEQRAF
"Möcüzəvi Naftalan" sanatoriyasında ölüm hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, sözügedən sanatoriyada çalışan Goranboy rayon Tatarlı kənd sakini 1988-ci il təvəllüdlü Abbas Hüseynovu elektrik cərəyanı vurub.
Adıçəkilən şəxs hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.