AZ

Beş ölkə Rusiyanın dron hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

İclasda Polşanın hava məkanının pozulması məsələsi müzakirə olunacaq...

Sloveniya, Danimarka, Yunanıstan, Fransa və Böyük Britaniya Rusiyaya məxsus dronların Polşa hava məkanını pozması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iclas bu həftənin cümə günü keçiriləcək və əsas müzakirə mövzusu Rusiyanın hərbi PUA-larının Polşanın hava sərhədini pozması olacaq. Hadisə NATO ölkələrinin təhlükəsizlik məsələlərində narahatlığını artırıb və regionda hərbi gərginliyi daha da gücləndirib.

Qeyd edək ki, Polşanın hakim dairələri bir neçə dəfə Rusiya dronlarının hava məkanını pozması faktını gündəmə gətirib və bunun NATO müqaviləsinin 5-ci maddəsi çərçivəsində kollektiv təhlükəsizliyə təhdid ola biləcəyini vurğulayıb. Hadisənin BMT səviyyəsində müzakirəyə çıxarılması isə məsələnin beynəlxalq miqyasda daha ciddi rezonans doğurduğunu göstərir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr