AZ

Larri Ellison dünyanın ən varlı adamı oldu

Müəllif:Mehin Qasımova,Banco.az

Amerikanın "Oracle" korporasiyasının həmtəsisçisi Larri Ellison İlon Maskı keçərək dünyanın ən varlı adamı oldu.

Banco.az xəbər verir ki, bu barədə Bloomerg agentliyi məlumat yayıb .

Məlumata görə, Ellisonun sərvəti 101 milyard dollar artaraq 393 milyard dollara çatıb. Bundan əvvəl korporasiyanın rüblük hesabatı dərc edilib. Agentliyin hesablamalarına görə, bu, bir gündə ən böyük artımdır.

81 yaşlı Ellison həm də Oracle-ın sədri və baş texnologiya direktorudur.

"Oracle" səhmlərinin qiymətləri 40,01% artaraq 338,13 dollar olub. 

Seçilən
15
banco.az

1Mənbələr