AZ

Türkiyədə "Habertürk" və "Show TV"yə HƏBS QOYULDU

İstanbulda Küçükçekməcə Respublika Baş Prokurorluğu Can Holdinq rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağın da aralarında olduğu 8 nəfər barəsində həbs qərarı çıxarıb.

Far.Az xəbər verir ki, holdinqin tərkibindəki "Habertürk" və "Show TV" də daxil olmaqla 121 şirkətə həbs qoyulub.

Məlumata görə, onlara qarşı "cinayətkar təşkilat qurmaq", "qaçaqmalçılıq", "dələduzluq" və "çirkli pulların yuyulması" ittihamları irəli sürülüb.

Baş Prokurorluğun açıqlamasına əsasən, əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı bu maddələrlə cinayət işi açılıb.

Xatırladaq ki, Turgay Ciner 2024-cü ilin dekabrında Habertürk və Show TV-ni də əhatə edən bütün səhmlərini "Can Qrupu"na sataraq media sektorundan çəkilmişdi.

Seçilən
39
1
far.az

10Mənbələr