AZ

Netanyahu Qətəri hədələyib: “Əgər onları qovmasanız, yenidən zərbə endirəcəyik”

İsrailin baş naziri Benyamin Netanyahu Qətərə HƏMAS rəsmilərini ölkədən çıxarmayacağı təqdirdə yenidən hücum edəcəyi ilə hədələyib.

İsrail Baş Nazirliyinin sosial media hesabında yayımlanan video çıxışında Netanyahu, "Ya onları deportasiya edin, ya da məsuliyyətə cəlb edin. Çünki etməsəniz, biz edəcəyik" deyərək Qətərə yenidən hücum edəcəyi ilə hədələyib.

Qətər və HƏMAS rəsmilərinin iştirak etdiyi bütün ölkələrə müraciət etdiyini deyən Netanyahu 7 oktyabr 2023-cü ildə HƏMAS-ın qəfil hücumunu 11 sentyabr hücumlarına bənzədərək Dohaya hücumunu qanuniləşdirməyə çalışıb.

Qətərin suverenliyini və beynəlxalq hüququn təməl prinsiplərini pozan hücuma görə dünyanın hər yerindən İsrailə qarşı edilən qınaqlara səslənən Netanyahu, "İndi dünyanın müxtəlif ölkələri İsraili qınayır. Onlar özlərindən utanmalıdırlar" dedi.

İsrail Dohaya hücum etdi

İsrail ordusu dünən Qətərin paytaxtı Dohada Həmas danışıqlar qrupunun yerləşdiyi binaya döyüş təyyarəsi ilə hücum edib.

HƏMAS liderlik qrupunun İsrailin sui-qəsd cəhdindən sağ çıxdığını, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil Hayyenin oğlunun, 4 Həmas üzvünün və bir Qətər polisinin hücumda həlak olduğunu açıqlamışdı.

Seçilən
28
kommersant.az

1Mənbələr