AZ

WSJ: Tramp İsrailin Dohaya hücumuna görə Netanyahuya etirazını bildirib

ABŞ prezidenti hücumun Vaşinqtonun müttəfiqinə qarşı yönəlməsini “səhv addım” adlandırıb...

ABŞ prezidenti Donald Tramp sentyabrın 9-da İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Dohaya endirilən hava zərbəsini kəskin tənqid edib.

Poliqon xəbər verir ki, The Wall Street Journal nəşrinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tramp hücumu “ağıllı qərar” adlandırmayıb və İsrailin bu addımı barədə birbaşa yox, ABŞ hərbçilərindən xəbər tutmasına etirazını bildirib.

ABŞ lideri əlavə edib ki, hücum Vaşinqtonun müttəfiqi olan Qətərə qarşı yönəlib və bu ölkə Qəzzada döyüşlərin dayandırılması üzrə vasitəçilik missiyasını həyata keçirirdi. Netanyahu isə cavabında zərbə üçün “kiçik imkan pəncərəsi” yarandığını və bundan istifadə etmək məcburiyyətində qaldıqlarını bildirib. Mənbələrin sözlərinə görə, sonrakı telefon danışığı daha isti atmosferdə keçib.

Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani sentyabrın 10-da açıqlama verərək bildirib ki, Netanyahunun əmri ilə endirilən hücum Qəzzada saxlanılan girovların azad olunması ilə bağlı bütün ümidləri puç edib.

Xatırladaq ki, sentyabrın 9-da Dohada bir neçə partlayış baş verib. Hadisəyə səbəb İsrail hərbçilərinin HƏMAS rəhbərliyinin görüş keçirdiyi qərargaha endirdiyi zərbə olub.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr