AZ

Tramp tərəfdarı 31 yaşlı Çarli Kirk güllələndi

Tramp

Tramp tərəfdarı və siyasi fəal Çarli Kirk Yuta ştatındakı Utah Valley Universitetində çıxışı zamanı güllələnib. O, boyun nahiyəsindən yaralanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Bir qədər sonra ABŞ prezidenti Donald Tramp açıqlama verərək bildirib ki, Çarli Kirk dünyasını dəyişib.Tramp öz sosial şəbəkəsi Truth Social-da yazıb ki, ölkə üzrə bayraqlar dörd gün müddətinə, bazar günü axşamına qədər yarıya qədər endiriləcək:“Əfsanəvi Çarli Kirk vəfat etdi. ABŞ-da heç kim gəncləri ondan yaxşı anlamır və onlara dəstək olmurdu. Onu hamı sevirdi və heyran qalırdı, xüsusən də mən. İndi isə o, artıq aramızda deyil. Mən və Melaniya onun həyat yoldaşı Erika və ailəsinə dərin hüznlə başsağlığı veririk. Çarli, biz səni sevirik!” – deyə Tramp yazıb.31 yaşlı Çarli Kirk Trampın yaxın tərəfdarı, podkast aparıcısı və konservativ dəyərləri məktəblərdə, kolleclərdə və universitetlərdə təbliğ edən Turning Point USA təşkilatının qurucusu idi.Kirkə atəş 100–200 metr məsafədən açılıb. Əvvəlcə yerli hakimiyyət orqanları hücumda şübhəli şəxsin saxlanıldığını bildirsə də, sonradan məlum olub ki, silahlı şəxs hələlik tutulmayıb.Ulusum.az

Diqqət Çəkənlər

Qışa tərəvəzli ragu hazırlayırıq

ABŞ-da “dollar dövrünün sonu” müzakirə olunur

İlqar Nadiri vəzifəsindən ayrıldı

Seçilən
35
6
ulusum.az

6Mənbələr