AZ

SSRİ-yə qarşı tətbiq olunmuşdu - Rusiya üçün bərpa edilir

BAKI, 11 sentyabr. TELEQRAF

ABŞ konqresmeni Co Vilson Rusiya ilə ticarəti dayandırmaq məqsədilə “Cekson-Venik düzəlişi”ni bərpa etmək üçün qanun layihəsi təqdim edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib.

“Polşaya hücumdan sonra, bu terrorist diktatura ilə bütün ticarəti dayandıran “Cekson-Venik düzəlişi”ni Rusiya üçün bərpa edəcək bu qanun layihəsini təqdim etmək fürsətinə görə minnətdaram”, - Vilson vurğulayıb.

Konqresmenin fikrincə, keçmiş prezident Barak Obama və ABŞ dövlət katibi Con Kerri Rusiya ilə münasibətləri bərpa etmək çərçivəsində səhvən bu qanunu ləğv edib: “Bu da müharibə cinayətkarı Putini Krımı işğal etməyə sövq edib. Tramp bu durumu düzəldəcək”.

Qeyd edək ki, “Cekson-Venik düzəlişi” 1974-cü ildə qəbul edilmiş ABŞ qanunudur. Bu, pis iqtisadiyyatı olan ölkələrlə normal ticarəti qadağan edir. Vaxtilə SSRİ-yə tətbiq olunub.

Sovet İttifaqı dağılandan sonra qanun Rusiya üçün işləməkdə davam edib, amma ABŞ prezidentləri bu ölkə ilə ticarət üçün onu hər il dondurublar. 2012-ci ildə qanun ləğv edilib və “Maqnitski Aktı” (Rusiya rəsmilərinə qarşı sanksiyalar) ilə əvəzlənib.

Seçilən
20
teleqraf.com

1Mənbələr