Tanınmış müğənni Manaf Ağayevin oğlu Elçin Ağayev Bakı Sağlamlıq Mərkəzindəki vəzifəsindən kənarlaşdırılıb.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, Elçin Ağayev üç ay öncə Səhiyyə Nazirliyinin Bakı Sağlamlıq Mərkəzində direktorun məsləhətçisi vəzifəsinə təyin olunmuşdu.
Bakı Sağlamlıq Mərkəzindən onu da bildiriblər ki, bir neçə gün öncə bəzi KİV-lərdə yazıldığı kimi, burada “direktorun müşaviri” vəzifəsi yoxdur, Elçin Ağayevin təyin olunduğu vəzifə “direktorun məsləhətçi” postu olub.
Manaf Ağayevin oğlu bu postda cəmi üç ay işləyib və artıq işdən çıxarılıb. Onun işdən çıxarılma səbəbi etimadı doğrultmamasıdır.
Qeyd edək ki, Elçin Ağayev daha əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Monitorinq və Daxili Təhqiqat Departamentinin müdiri vəzifəsində çalışıb.
A.Qorxmaz
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta