"Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı nəzərdə tutulduğundan Ermənistan hökuməti Azərbaycanla sülh sazişi bağlanmamışdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib."
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 10-da Milli Assambleyanın iclasında müxalifət blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib. Baş nazir qeyd edib ki, Ermənistan hökumətinin sülh sazişinin paraflanmasından sonra ATƏT-in Minsk qrupunun buraxılmasına razılıq verməsinin səbəbi məhz bu prinsiplərin qeydə alınmasıdır. Və bu, əvvəllər yalnız imzalanandan sonra belə bir addımla razılaşacağını bildirməsinə baxmayaraq.
"Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə tənzimlənəcəyini görəndə qərara gəldik ki, yaranmış fürsəti əldən verə bilmərik. Biz bu beş şərti aldıq və sənədi imzalamalı olduq", - Paşinyan bildirib.
Mətləb Salahov