AZ

“Nebius” istiqrazlar və səhmlər vasitəsilə $3 milyard cəlb etməyi planlaşdırır

Niderlandın texnologiya şirkəti “Nebius Group” ixtisaslaşmış investorlar üçün qapalı təklif çərçivəsində 3 milyard dollar cəlb etməyi planlaşdırdığını açıqlayıb, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Qrup 2030 və 2032-ci illərdə ödənilməsi nəzərdə tutulan, hər biri 1 milyard dollar məbləğində iki istiqraz buraxılışı həyata keçirməyi düşünür. İlk investorlar 13 gün ərzində əlavə olaraq 150 milyon dollarlıq istiqraz almaq imkanı əldə edəcəklər.

Bundan əlavə, “Nebius Group” 1 milyard dollarlıq adi səhm buraxılışı planlaşdırır. Bu buraxılış üzrə investorlar nominal dəyər, endirimlər və anderraytinq komissiyaları nəzərə alınmaqla 30 gün ərzində əlavə olaraq 150 milyon dollarlıq “A” sinifli səhmləri almaq opsionuna sahib olacaqlar.

Şirkət bildirib ki, toplanacaq vəsaitlər hesablama güclərinin artırılmasına, torpaq sahələrinin alınmasına və müştəri xidməti zonalarının inkişafına yönəldiləcək.

9 sentyabrda “Nebius Group” səhmləri 8 sentyabr axşam ticarətində 70.92% artaraq bir səhm üçün 109.49 dollara yüksəlib.

8 sentyabrda “Nebius” süni intellekt (Sİ) infrastrukturu sahəsində “Microsoft” ilə çoxmilyardlıq müqavilə bağladığını elan edib. Şirkət 2025-ci ilin sonundan etibarən “Microsoft”a Nyu-Cersi ştatının Vaynlend şəhərindəki yeni məlumat mərkəzində hesablama resursları təqdim edəcək.

Seçilən
22
banker.az

1Mənbələr