AZ

Bakıda 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının növbəti günü öz işinə başlayıb

Bakı. Trend:

Bakıda Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - “BakuWater Week”in (Bakı Su Həftəsi) ikinci günü start götürüb.

Trend xəbərverir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)dəstəyi ilə təşkil edilən sərginin ikinci günündə də kifayət qədərcanlılıq hiss olunur. Bu da təsadüfi deyil.

Belə ki, tədbirin ilk günündə “Su təmizlənməsi üçün komplekshəllər” və “Su təchizatı və tullantı sularının obyektlərininkompleks mühəndisliyi vasitəsilə zəmanətli nəticələrin əldəedilməsi” adlı təqdimatlar və s. müzakirə olunurdusa, bu gün 2-ciBeynəlxalq Su Təsərrüfatı Konfransı baş tutacaq.

Konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcək, “Suidarəetməsində liderlik: Regional və qlobal perspektivlər”mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur vərəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsindəinnovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşanəməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanınrolu” adlı panel müzakirələri keçiriləcəkdir. Həmçinin dövlət vəözəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşmamemorandumları da imzalanacaq.

Ümumilikdə, sərgidə Azərbaycanla yanaşı, Almaniya, AmerikaBirləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya,İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, SəudiyyəƏrəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndəheyətləri iştirak edir.

Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analizvə laboratoriya texnologiyaları; bank xidmətləri; borular və borukəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları;daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri;drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexnikiqurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; sutəchizatı və su təsərrüfatında inşaat və qazma texnikası vəavadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə vənəzarət texnologiyaları; su təsərrüfatı obyektlərininlayihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya vəkommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; sutəsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyunduzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularınınaxıdılması və emalı sistemləri.

Seçilən
9
4
az.trend.az

5Mənbələr