AZ

Fransızlar onun baş nazir təyin olunmasından narazıdır

Fransa sakinlərinin üçdə ikisi prezident Emmanuel Makronun yaxın müttəfiqlərindən biri, müdafiə naziri Sebastien Lecornunu yeni baş nazir təyin etmək qərarına mənfi reaksiya verib.

Publika.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti sorğuya əsasən məlumat yayıb.

Sorğuda iştirak edən 1000 sakinin 69%-i Lekornunun hökumət başçısı təyin edilməsinin “gözləntilərinə cavab vermədiyini”, 39%-i isə prezidentin seçimindən tam məyus olduğunu bildirib. Vətəndaşların 29%-i təyinatı dəstəkləsə də, onların da yalnız 6%-i bundan açıq şəkildə razı qalıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti (73%) nazirin 2026-cı ilin büdcəsini bütün siyasi qüvvələrin nümayəndələri ilə müzakirə etmək niyyətinin düzgün olduğunu hesab etsə də, 60% onun metodunun işə yarayacağına inanmır.

Respondentlərin 73%-i isə ölkə prezidentinin gələn il ərzində yeni baş naziri təyin etməli olacağı qənaətindədir. Qeyd olunur ki, hətta prezidentin İntibah Partiyasının tərəfdarlarının əksəriyyəti - 55%-i Lekornunun bu postu uzun müddət saxlayacağına əmin deyillər.

Seçilən
52
publika.az

1Mənbələr