AZ

Kallas: Ukraynadakı münaqişə daha bir neçə il davam edəcək

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Ukraynadakı münaqişənin daha bir neçə il davam edə biləcəyini bildirib.

Operativ Media xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri vəziyyətin inkişafı ilə bağlı mümkün ssenarilərdən danışıb.

“Düşünürəm ki, real ssenari müharibənin daha bir neçə il davam edəcəyidir”, – deyə o, EFE agentliyi də daxil olmaqla bir qrup media orqanına açıqlamasında qeyd edib.

Kallasın sözlərinə görə, təəssüf ki, ABŞ Prezidenti Donald Trampın səyləri də daxil olmaqla sülhə nail olmaq istiqamətindəki təşəbbüslər nəticə verməyib. Onun fikrincə, pessimist ssenaridə Ukrayna öz ərazilərini güzəştə getməli olacaq.

Çinlə bağlı danışan Aİ rəsmisi hesab edir ki, bu ölkənin qurum üçün yaratdığı iki əsas problem Rusiyaya Ukraynadakı münaqişədə verdiyi dəstək və “məcburi iqtisadi təcrübələr”dir.

“Biz Çin məsələsində qlobal oyunçu kimi çıxış etməyə hazır deyilik, çünki nə edilməli olduğuna dair ortaq baxışımız yoxdur”, – deyə Kallas əlavə edib.

Seçilən
28
1
operativmedia.az

2Mənbələr