AZ

Putin artıq əmin oldu ki, o, NATO-nun qırmızı xətlərini keçə bilər - KİV

Rusiya Prezidenti Vladimir Putin Polşaya dron hücumu həyata keçirtməklə NATO-nun qətiyyətini, dayanıqlığını və hansı risklərin ola biləcəyini öyrənə bildi.

Missiya.Az xəbər verir ki, bu barədə "The Telegraph” nəşri yazı dərc edib.

Bildirilib ki, Putin Polşaya pilotsuz təyyarələr buraxmaqla təkcə Avropanın qətiyyətini yox, həm də onların belə vəziyyətdə hansı reaksiya verəcəklərini öyrənə bildi.

Qeyd olunub ki, Polşaya pilotsuz təyyarə hücumu Avropa liderləri üçün ABŞ Prezidenti Donald Trampı Putinin heç vaxt Ukrayna ilə bağlı sülh danışıqlarına ciddi yanaşmadığına inandırmaq şansıdır.

“Avropa liderləri ümid edirlər ki, Tramp nəhayət Putinin onunla sadəcə manipulyasiya etdiyini anlayacaq, ondan üz döndərəcək, sanksiyalar tətbiq edəcək və Kiyevi dəstəkləyəcək”, - deyə vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
48
1
missiya.az

2Mənbələr