Londonda məşhur amerikalı rejissor Devid Linçəhəsr olunmuş iki günlük festival keçiriləcək.
Kulis.az xəbər verir ki, "A Gathering of the Angels" adlı bu tədbir 27–28 sentyabr tarixlərində Genesis Kino Mərkəzində baş tutacaq.
Festival çərçivəsində xüsusi film nümayişləri, instalyasiyalar, Linçin yaxın əməkdaşları ilə görüşlər və sənədli film premyerası təqdim olunacaq.
Tədbirin əsas məqsədi rejissorun unikal sənətini və onun tamaşaçılarla qurduğu dərin emosional əlaqəni qeyd etməkdir.
Qeyd edək ki, festivalda “Twin Peaks”in aktyoru Maykl Hors, prodüser Sabrina Suterland və musiqiçi Kristabeldə iştirak edəcək.