AZ

Qəbələdə maşın ağaca çırpıldı, ölən var YENİLƏNİB

ain.az bildirir, Lent az portalına istinadən.

Qəbələdə yol qəzasında həlak olan şəxsin kimliyi bilinib.

Lent.az xəbər verir ki, hadisə Zarağan kəndi ərazisində qeydə alınıb.

36 yaşlı Elşən Səmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişin, 36 yaşlı İsa Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəsarət alıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

09:18

Qəbələ rayonunun Zarağan kəndi ərazisində yol-nəqliyyat qəzası baş verib, vətəndaşlar avtomobildə sıxılı vəziyyətdə qalıb.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, sürücü və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 36 yaşlı Səmədov Elşən Əli oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Həmçinin, xilasedicilər şəxsiyyəti məlum olmayan sərnişinin meyitini çıxaraq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
30
lent.az

10Mənbələr