AZ

Bu gün qəhrəman şəhidimiz Elməddin Meydanovun anım günüdür

Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı olan Elməddin Bahəddin oğlu Meydanov 1989-cu il sentyabrın 11-də Şərur rayonunun Vərməziyar kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2007-2011-ci illərdə isə MTN-in Heydər Əliyev adına Akademiyasında "Sərhəd Qoşunları" fakültəsində təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etməyə başlayan Elməddin Meydanov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 27 oktyabr tarixində Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Elməddin Meydanov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
15
qht.az

1Mənbələr