AZ

Ağstafada Aydın Tağızadənin yubileyi qeyd olunub - FOTOLAR

Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Ağzibir kəndindən olan görkəmli təhsil işçisi, yazıçı-publisist Aydın Tağızadənin Ağstafa şəhərində yaşadığı ünvanda 75 illik yubileyi qeyd olunub.

"Unikal" xəbər verir ki, yubiley tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsal, Bakı Dövlət Universitetinin professoru Hüseyn Hüseynov, rayonun qocaman ziyalısı Akif Abbasov, eləcə də yaxınları yubilyara təbriklərini və ürək sözlərini çatdırıblar.

Aydın Tağızadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin mədəniyyət və incəsənət siyasəti xalqımızın qədim və zəngin maddi, mənəvi irsinin qorunması və inkişaf etdirilməsini təmin etdi. Hazırda hər bir ictimai xadim, mədəniyyət və incəsənət nümayəndəsi bu siyasəti layiqincə davam etdirən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardır.

 A. Tağızadə Ağstafa rayonunun ictimai-siyasi həyatında fərqləndiyinə görə Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələrlə təltif olunub.  

Seçilən
26
3
unikal.az

4Mənbələr