AZ

"Araz-Naxçıvan"ın qapıçısı 11 qol buraxdı - Norveçdən

"Araz-Naxçıvan”ın qapıçısı Kristian Avramın şərəfini qoruduğu Moldova millisi 2026-cı il dünya çempionatının seçmə mərhələsinin I qrupunun ikinci turu çərçivəsində Osloda Norveç yığması ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 11:1 hesablı qələbəsi ilə başa çatıb.

Avram meydana start heyətində çıxıb və sona qədər oynayıb. Hazırda Moldovanın xalı yoxdur və turnir cədvəlində sonuncu, beşinci pillədə qərarlaşıb.

Seçilən
37
sportinfo.az

1Mənbələr