AZ

Sabahdan Bakıda balıq yarmarkası fəaliyyət göstərəcək

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi publik hüquqi şəxsin iştirakı ilə Bakı şəhərində balıq yarmarkası keçiriləcək.

Yarmarka 12–14 sentyabr tarixlərində paytaxtın Nəsimi rayonu, Seyid Cəfər Pişəvəri küçəsi 2A ünvanında yerləşən “Keşlə Balıq Bazarı” (3-cü mikrarayon dairəsi yaxınlığı) ərazisində fəaliyyət göstərəcək.

Yarmarkada satışa çıxarılan balıq məhsulları digər bazarlara nisbətən daha münasib qiymətlərlə təklif olunacaq.

Tədbir çərçivəsində dünyanın müxtəlif bölgələrindən gətirilən, eləcə də Xəzər dənizindən tutulan balıq və digər dəniz məhsullarının satışı həyata keçiriləcək.

Ziyarətçilərə geniş çeşiddə diri, təzə, dondurulmuş, soyuq və isti hislənmiş, duzlu və ədviyyatlı, qurudulmuş balıqlar, kürülər, konservləşdirilmiş məhsullar, dəniz məhsulları (krevetkalar və s.) təqdim olunacaq.

Təklif ediləcək qiymətlərdən bəziləri:

* Xan balığı (1 kq) – 4 manat

* Sazan balığı (1 kq) – 5 manat

* Ağ amur (Belamur) balığı (1 kq) – 6 manat

Yarmarka çərçivəsində eyni zamanda kənd təsərrüfatı məhsullarının satışı da təşkil olunacaq.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
8
azpost.info

9Mənbələr