AZ

Polşa Belarus və Ukrayna ilə sərhəddə uçuşlara məhdudiyyətlər qoyub

Polşa dekabrın 9-dək Belarus və Ukrayna ilə sərhəd zonasında uçuşlara məhdudiyyətlər tətbiq edib.

Operativ Media xəbər verir ki, bu haqda Polşa Hava Nəqliyyatı Agentliyi  məlumat yayıb.

Qurumun məlumatında bildirilir ki, Silahlı Qüvvələrin Əməliyyat Komandanlığının tələbi ilə 2025-ci il sentyabrın 10-da, saat 22:00-dan başlayaraq, dekabrın 9-u saat 23:59-dək ölkənin şərq hissəsində hava məkanında məhdudiyyətlər qüvvədə olacaq. Bu məqsədlə Belarus və Ukrayna ilə sərhəddə yerləşən ərazidə EP R129 qadağa zonası müəyyənləşdirilib.

Agentlik dəqiqləşdirib ki, məhdudiyyət hərbi təyyarələrə şamil edilmir. Sözügedən ərazidə mülki pilotsuz uçuş aparatlarının istifadəsinə isə tam qadağa qoyulub.

Seçilən
7
operativmedia.az

1Mənbələr