AZ

Xudatda telefon mağazasından 6900 manatlıq oğurluq edilib

Xaçmaz rayon sakini Elşən Əliyev saxlanılıb. Onu Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları daxil olan məlumat əsasında saxlayıblar. 

Xəbəri DİN mətbuat xidməti verib. 

Araşdırmalarla onun Xudat şəhəri ərazisində tanışına məxsus mağazadan  pul və ümumi dəyəri 6900 manat olan 18 ədəd mobil telefon oğurlaması müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

P.Əmircanov
XQ

Seçilən
33
21
xalqqazeti.az

10Mənbələr