AZ

Ağ Ev Demokratları cinayətkarlığı təşviq etməkdə günahlandırıb

Amerikalı aktivist və ukraynalı qaçqının öldürülməsi fonunda Ağ Evdən Demokrat Partiyasına sərt ittiham səsələndirilib...

Ağ Ev ABŞ-də Demokrat Partiyasının siyasətçilərini və onların tərəfdarlarını cinayətkarlığı dəstəkləməkdə ittiham edib.

Poliqon xəbər verir ki, bu açıqlama amerikalı konservativ aktivist Çarli Kirk və ukraynalı qaçqın İrina Zaruçkanın qətlə yetirilməsi fonunda verilib.

Ağ Evin rəsmi X (keçmiş Twitter) hesabında yayımlanan açıqlamada “Demokratlar cinayətkarlığın tərəfindədir. Nöqtə.” ifadəsi yer alıb. Bu mesajla Ağ Ev Demokrat Partiyasını açıq şəkildə məsuliyyətli sayıb.

Həmin postda ABŞ mediasının son aylarda baş verən rezonans doğuran cinayət hadisələrinə dair başlıqlarına da yer verilib. Burada kütləvi qətllər və digər ciddi cinayətlər sadalanır, Demokratların bu hallara münasibətdə səmərəli addımlar ata bilmədiyi tənqid edilir. Xüsusilə Zaruçkanın öldürülməsi xəbəri ayrıca vurğulanıb.

Məlumatda həmçinin son dövrlərdə ABŞ-da baş verən yüksək profilli cinayətlər və ictimai narazılıq faktları göstərilərək Demokrat Partiyasının kriminalla mübarizədə qeyri-kafi olduğu qeyd olunur. Ağ Ev bu açıqlama ilə həm siyasi rəqiblərini sərt tənqid edib, həm də ictimaiyyətin diqqətini cinayətkarlığın artmasına yönəltməyə çalışıb.

Poliqon.info

Seçilən
57
poliqon.info

1Mənbələr