“Mançester Yunayted”dən ayrılan Kristian Eriksenin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Volfsburq”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Bundesliqa təmsilçisi 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Danimarka millisinin üzvü olan Eriksen ötən mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı 35 oyunda 5 qol və 6 assistlə yadda qalıb.
Fabianski yenidən “Vest Hem”də
“Ankaragücü”də yeni baş məşqçi
Eriksen Bundesliqa klubunda
Alper Potuk I Liqa klubunda
Türkiyəli yarımmüdafiəçi daha 3 il "Beşiktaş"da - RƏSMİ