AZ

Papoyan: Mehridə “Tramp yolu” üçün dağlar dağıdılır

BAKI, 11 sentyabr. TELEQRAF

“Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

Nazir “Tramp yolu” layihəsi ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistanda müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir.

“Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan sakinləri hər gün (Qərbi Zəngəzurda – red.) dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər”, - nazir qeyd edib.

Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: “Bununla praktiki mərhələyə qədəm qoyacağıq, bunun nəticəsində Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək”.

Onun sözlərinə görə, kommunikasiyaların açılması Ermənistanın “iqtisadi ciyərləri”ni də açacaq: “Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır”.

Seçilən
18
6
teleqraf.com

7Mənbələr