AZ

Azərbaycanda beynəlxalq IT şirkətinin mərkəzi açılıb

Bakı. Trend:

Sentyabrın 11-də “Andersen Lab” beynəlxalq IT şirkətininAzərbaycandakı mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Trend xəbər verirki, Mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü vətəşkilati dəstəyi ilə Azərbaycan İnnovasiya Mərkəzində fəaliyyətəbaşlayıb.

Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dənçox mütəxəssisi birləşdirən şirkət ötən ilin oktyabrından etibarənölkəmizdə texnopark rezidenti statusu ilə çalışır.

Açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub.Mərkəzin və layihənin əhəmiyyəti barədə İnnovasiya və Rəqəmsalİnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov çıxışedib. Daha sonra “Andersen Lab” şirkətinin təsisçisi AleksandrKomiç və vitse-prezident Denis Astaçpeniya mərkəzin fəaliyyəti vəproqram istiqamətləri barədə təqdimat ediblər. Tədbirdə həmçininşirkətin dövlət orqanları ilə əlaqələr direktoru Kirill Rudiiştirak edib.

Yeni mərkəz gənclərə yalnız nəzəri biliklər deyil, həm də reallayihələr üzərində işləmək imkanı təqdim edir. Burada gəncmütəxəssislər biliklərini praktikada möhkəmləndirə, beynəlxalqsəviyyədə tələb olunan bacarıqlar əldə edə bilərlər. Mərkəz həm də“Andersen Lab” Azərbaycandakı əməkdaşlarının rəsmi iş yerifunksiyasını yerinə yetirir.

Mərkəzin əsas hədəfləri insan kapitalının inkişafına dəstəkvermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq,həmçinin İKT xidmətlərinin ixracını gücləndirməkdir.

Hazırda mərkəzin ən iri layihələrindən biri “IT SkillsBridge”proqramıdır. Bu unikal proqram çərçivəsində iştirakçılar “Java”,“JavaScript”, biznes-analitika, keyfiyyətə nəzarət, “DevOps”, mobilproqramlaşdırma və layihə idarəetməsi üzrə bilik və bacarıqlarqazanırlar. Proqrama ümumilikdə 14 mindən çox müraciət daxil olub,seçimdən sonra 210 nəfər təhsilə buraxılıb. Müvafiq iştirakçılar“Andersen Lab”da işə qəbul edilərək əmək müqavilələri imzalayıb vətəqaüdlərlə təmin olunublar. Proqramı uğurla başa vuran 100 nəfər“Andersen Lab”da fəaliyyətini davam etdirəcək və şirkətin qloballayihələrinin iştirakçısı olacaqlar.

Proqram iştirakçılarının 30%-ni qadınlar, 70%-ni isə kişilərtəşkil edir. Yaş tərkibinə görə: 50% iştirakçı 20–25 yaşaralığında, 30% 25–30 yaş aralığında, 20% isə 30–35 yaşaralığındadır.

Proqram Azərbaycan İT mütəxəssislərinin beynəlxalq layihələrdəiştirakını genişləndirəcək və ölkənin qlobal rəqəmsal xidmətlərbazarına sürətli inteqrasiyası üçün şərait yaradacaq. Nəticədə İKTxidmətlərinin ixracının artacağı və həyata keçirilən layihələrhesabına ölkə iqtisadiyyatına əlavə gəlirlərin daxil olacağıgözlənilir.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr