AZ

“Habertürk” və “Show TV”yə həbs qoyuldu

Türkiyədə Küçükçekmece Respublika Baş Prokurorluğu aparılan məhkəmə istintaqı çərçivəsində “Can Holdinq”ə qarşı əməliyyat həyata keçirib.

XəzərNews.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, “Habertürk” və “Show TV” də daxil olmaqla holdinqə bağlı 121 şirkətə həbs qoyulub.

Həmçinin, holdinqin rəhbərləri Mehmet Şakir Can, Kemal Can və Kenan Tekdağ da daxil olmaqla 10 nəfər haqqında həbs qərarı çıxarılıb.

Onlara qarşı “cinayət təşkilatı yaratmaq”, “qaçaqmalçılıq”, “dələduzluq” və “çirkli pulların yuyulması” maddələri ilə iddia qaldırılıb.

Polis “Habertürk”, “Show TV” və “Bloomberg”in yerləşdiyi binada axtarışları davam etdirir.

Xəbər 4 dəfə oxunub.
Seçilən
8
2
xezernews.az

3Mənbələr