AZ

Pul alındı, müştəri bloka atıldı - Bakıda onlayn səhifənin dələduzluğu

Son vaxtlar onlayn satış səhifələri ilə bağlı şikayətlərin sayı artmaqdadır.


Manset.az-a daxil olan müraciətdə bildirilir ki, “Moda Fashion” adlı onlayn satış səhifəsi müştərini aldatmaqla günahlandırılır. İddialara görə, səhifə nümayəndələri paltar sifarişini “sabah təhvil veriləcək” adı ilə yarı qiymət alaraq vəd versələr də, öhdəliklərini yerinə yetirməyiblər.

Müştəriyə əvvəlcə səhər saatlarında çatdırılma ediləcəyi bildirilib. Lakin daha sonra bu vəd dəyişdirilərək yalnız günortadan sonra çatdırıla biləcəyi söylənilib. Müştəri pulu geri tələb etdikdə isə, “pul qaytarılmır” cavabı ilə qarşılaşıb və bloka atılıb.

Qeyd edək ki, oxşar hallarla bağlı redaksiyamıza tez-tez şikayətlər daxil olur.

Bu cür şəxslərin sosial şəbəkələrdə rahat şəkildə fəaliyyət göstərib insanları aldatması isə ayrıca müzakirə mövzusudur.

Seçilən
28
manset.az

1Mənbələr