AZ

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

72 mindən çox müəllimin əməkhaqqı artacaq.

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, ölkə üzrə 72 mindən çox müəllimin əməkhaqqına artım ediləcək. Bu qərarın əsas məqsədi müəllimlərin sosial rifahının yaxşılaşdırılması, onların əməyinə dəyərin artırılması və ümumilikdə təhsil sahəsində motivasiyanın gücləndirilməsidir.

Emin Əmrullayev əlavə edib ki, müəllimlərin peşəkarlığının yüksəldilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilir. Onun sözlərinə görə, artımlar yalnız maddi təminatla məhdudlaşmır, həm də müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlik yeni proqramlar hazırlanır.

Aqil Qarayev


Seçilən
35
1
news24.az

2Mənbələr