Venesuela millisinin argentinalı baş məşqçisi Fernando Batista istefaya göndərilib.
QOL.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyasının (FVF) mətbuat xidməti məlumat yayıb.
Qərarın DÇ-2026-nın seçmə mərhələsi üçün milli komandanın qarşısına qoyduğu məqsədlərə çatmaması səbəbindən verildiyi bildirilir. Venesuela 18 oyundan 18 xal toplayıb və sıralamada 8-ci olub.
Venesuela KONMEBOL-un 10 üzvü arasında heç vaxt dünya kubokunun final turnirində iştirak etməyən yeganə ölkə olaraq qalır.