AZ

Ukraynada qadınların səfərbərliyə hazırlanmasına başlanılıb – KİV

Ukrayna hakimiyyəti qadınların səfərbərliyinə fəal şəkildə hazırlığa başlayıb. Ukrayna Silahlı Qüvvələrinin briqadalarında komandirlərin cinsiyyət bərabərliyi məsələləri üzrə müşaviri vəzifəsi tətbiq olunur. Vətəninfo.az xəbər verir ki, bu barədə RIA Novosti Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, belə radikal tədbirlərin bir neçə səbəbi var: Ukrayna ordusunda ciddi canlı qüvvə itkiləri, yeni könüllülərin olmaması və məcburi səfərbərlik yolu ilə çağırılan əsgərlərin “aşağı keyfiyyətli” olması.

Xüsusilə qeyd edilir ki, Ukrayna Silahlı Qüvvələrinin 22-ci ayrı mexanikləşdirilmiş briqadasında cinsiyyət bərabərliyi məsələləri üzrə müşavir vəzifəsinə artıq şəxs təyin olunub. Bu posta, Kiyev Milli Universitetinin (Taras Şevçenko adına) Hərbi İnstitutunun məzunu Darya Myaşkur gətirilib.

Bundan əvvəl, Ukrayna Ali Radasının deputatı Yuri Kamelyuk ordunun sıralarının təqaüdçülər və polis əməkdaşları ilə artırılmasını təklif etmişdi. O, həmçinin özbaşına ordu sıralarını tərk edən hərbçilərin yenidən xidmətə qaytarılmasına çağırmışdı.

Seçilən
17
veteninfo.az

1Mənbələr