AZ

MİQ imtahanında iştirak üçün ödəniş 45-60 manat olacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak üçün ödəniş məbləği 45-60 manat aralığında müəyyən ediləcək.

Teleqrafxəbər verir ki,Elm və təhsil komitəsinin iclasında Adil Vəliyev bildirib:

“Müsabiqədə ilk dəfə iştirak edənlər, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və ünvanlı sosial yardım alan ailələr bu ödənişdən azad olunacaq”.

Onun sözlərinə görə, dəyişiklik daha çox ikinci və daha çox dəfə müsabiqəyə müraciət edən şəxslərə şamil olunacaq.

Bu addımın əsas məqsədi dövlət büdcəsindən ayrılan vəsaitə qənaət etməkdir. Qeyd olunub ki, hazırda bu proses üçün hər il dövlət büdcəsindən 1 milyon manata yaxın vəsait ayrılır.

Seçilən
70
teleqraf.com

1Mənbələr