18 baxça müdiri vəzifəsindən azad edilib.
Musavat.com xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən brifinqdə açıqlama verib.
Nazirin sözlərinə görə, ötən tədris ilində aparılan monitorinqlər nəticəsində fəaliyyətində ciddi nöqsanlara yol verən 18 məktəbəqədər təhsil müəssisəsinin müdiri vəzifəsindən azad olunub.
Emin Əmrullayev qeyd edib ki, bu cür tədbirlər gələcəkdə təhsilin keyfiyyətinin yüksəldilməsinə və idarəetmənin daha səmərəli təşkilinə xidmət edir.
Şahanə Rəhimli,
Musavat.com