AZ

Şahbaz Şərif bu gün Dohaya gedir - Qətər xalqı ilə həmrəylik üçün


Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Dohaya bir günlük səfərə yollanacaq. Pakistan mediasının yazdığına görə, Baş nazir Qətər xalqı ilə həmrəyliyini ifadə etmək üçün səfərə yollanır. Səfər çərçivəsində Şərif Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüş keçirəcək və bu görüşdə Pakistanın dəstəyini vurğulayacaq. Eyni zamanda, regionda sülhün bərqərar olunması məsələləri üzrə məsləhətləşmələr planlaşdırılır. Qeyd edək ki, sentyabrın 9-da İsrail Dohaya hücum edib.
Mətləb

Seçilən
11
4
baki-xeber.com

5Mənbələr