AZ

"Sabah"ın məşqçisi Rusiya klubuna keçdi - RƏSMİ

Rusiyanın "Soçi" klubunun məşqçilər korpusunda təyinat olub.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, eyniadlı şəhərin təmsilçisinin qapıçılar üzrə məşqçisi Aleksey Antonyuk təyin olunub.

Tərəflər arasında mövsümün sonuna qədər müqavilə imzalanıb.

41 yaşlı mütəxəssis 2024-cü ilin dekabrından "Sabah"ın məşqçisi idi.

Qeyd edək ki, Aleksey Antonyuk 2022–2024-cü illərdə Moskvanın “Rodina” klubunda, 2017–2022-ci illərdə isə “Krasnodar”da qapıçılar üzrə məşqçi olub.

Seçilən
12
teleqraf.com

1Mənbələr