AZ

Türkiyədə Can Holding-ə qarşı əməliyyat: 121 şirkət dövlət nəzarətinə verildi...

Habertürk, Show TV və Bloomberg HT daxil olmaqla media qurumları dövlətin idarəçiliyinə verilib...

Poliqon xəbər verir ki, Türkiyədə Can Holding-ə qarşı genişmiqyaslı əməliyyat həyata keçirilib və holdinqin 121 şirkəti, o cümlədən Habertürk, Show TV və Bloomberg HT televiziyaları dövlət nəzarətinə götürülüb.

İstanbul Prokurorluğu holdinq rəhbərliyini cinayətkar təşkilat yaratmaq, qaçaqmalçılıq və pul yumaqda ittiham edib. Əməliyyat çərçivəsində on nəfər saxlanılıb, holdinqin bütün ofislərində axtarışlar aparılır.

Maliyyə Nəzarət və Təhlükəsizlik İdarəsi (MASAK) məlumatına görə, holdinq vasitəsilə milyardlarla türk lirəsi pul yuyulub. Bütün aktivlər həbs olunaraq Türkiyə Maliyyə Tənzimləmə və Təhlükəsizlik Fonduna (TMSF) təhvil verilib.

Türkiyə hakimiyyəti bildirib ki, Can Holding-in strukturu ölkənin iqtisadi təhlükəsizliyinə ciddi təhdid yaradırdı və buna görə bütün tədbirlər zəruri sayılıb. Əməliyyat həm media sahəsində nəzarəti artırmaq, həm də iqtisadi qanun pozuntularının qarşısını almaq məqsədi daşıyır.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr