AZ

Direktorların işə qəbulunda sertifikat balı əsas meyar olacaq

BAKI, 11 sentyabr. TELEQRAF

Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda namizədlann sertifikatlaşdırma balı əsas meyarlardan biri kimi qəbul edilib.

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media brifinqində deyib.

O bildirib ki, vakant direktor vəzifələri müəssisələrin şagird sayına uyğun olaraq 500-dək və 500-dən çox olmaqla iki kateqoriyada qruplaşdırılacaq.

"Direktorları yaxşı müəllimlərdən seçirik", - nazir əlavə edib.

Seçilən
34
teleqraf.com

1Mənbələr