ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qusar rayonunda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 10-u saat 13 radələrində rayonun Aşağı Ləgər kəndi ərazisində baş verib.
Kənd sakini, 1992-ci il təvəllüdlü Hacıverdi Akif oğlu Səfərov həmkəndlisi B.Babayevin evində təmir işləri görərkən elektrik cərəyanı vurmasından ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.