Venesuela millisinin baş məşqçisi Fernando Batista vəzifəsindən göndərilib.
Sportinfo.az xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyası məlumat yayıb.
Qərarın komandanın nəticələrinin qənaətbəxş olmaması səbəbindən verildiyi bildirilib.
DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 18 xalla 8-ci yeri tutan kollektiv final mərhələsinə vəsiqə qazana bilməyib.
55 yaşlı argentinalı mütəxəssis 2023-cü ilin martından komandanı çalışdırırdı.
Venesuela millisi F.Batistanın rəhbərliyi altında keçirdiyi 28 oyunda 9-da qələbə qazanıb, 8 dəfə heç-heçə edib, qalan görüşlərdə isə məğlub olub.