AZ

Daha dörd itkin şəhidimiz dəfn olunacaq

Yazını böyüt
Yazını kiçilt

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından hafta.az-a verilən məlumata görə, sentyabrın 12-də hərbçilər Murad Məlikməmməd oğlu Vəliyev Quba rayonunun Nütəh kəndindəki qəbiristanlıqda, Cəlal Xankişi oğlu Abdullayev Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda, Ayaz Əsgəralı oğlu Zərbəliyev Göyçay şəhərindəki Şəhidlər xiyabanında və Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kəndindəki qəbiristanlıqda dəfn ediləcəklər.

Seçilən
9
4
hafta.az

5Mənbələr