
Şahzadə Harri 19 ayda ilk dəfə Böyük Britaniya kralı III Çarlzla görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti Bukingem sarayının nümayəndəsinə istinadla məlumat yayıb.
Məlumata görə, ata və oğul arasında görüş kral ailəsinin Vestminster iqamətgahı olan Klarens Hausda baş tutub.
Görüş 54 dəqiqə davam edib və birgə çay süfrəsi ilə müşayiət olunub.
III Çarlz Londona xərçəngdən müalicə aldığı Aberdinşirdən sentyabrın 8-də, Şahzadə Harrinin Böyük Britaniyaya dörd günlük səfərinin son günündə gəlib.