"Əl-Nəsr" və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Kriştianu Ronaldo Portuqaliyada bütün zamanların ən yaxşı futbolçusu seçilib.
Apasport.az xəbər verir ki, 40 yaşlı superulduz Portuqaliya Çempionatının mükafatlandırma mərasimində bu ada layiq görülüb.
Portuqaliyalı forvard bu mükafat üçün ona kömək edən hər kəsə təşəkkürünü bildirib: “Bu ada məni layiq gördüyünə görə Primeyraya təşəkkür edirəm. Belə bir mükafat qazanmaq mənim üçün böyük qürurdur. Karyeram boyunca mənə dəstək olan bütün komanda yoldaşlarıma, məşqçilərə və daim daha yaxşı olmağım üçün mənə yardım edən hər kəsə minnətdaram”.
Qeyd edək ki, Ronaldo peşəkar karyerası ərzində “Sportinq”, “Yuventus” və “Mançester Yunayted” kimi nəhəng klubların da formasını geyinib.
Onana “Trabzonspor”la anlaşdı
Stiv Mandanda karyerasını başa vurub
Fabianski yenidən “Vest Hem”də
“Ankaragücü”də yeni baş məşqçi
Eriksen Bundesliqa klubunda