AZ

Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı şəhərdə nəqliyyat məhdudiyyətləri

Sentyabrın 19-21-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi ilə əlaqədar logistik əməliyyatlar səbəbindən bəzi yolların hərəkəti məhdudlaşdırılacaq.

Doğru.az xəbər verir ki, sentyabrın 12-si gecə saat 01:00-dan Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsində nəqliyyat hərəkəti məhdud olacaq. Məhdudiyyət tədbirin sonuna qədər davam edəcək.

Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabrın 15-i gecə saat 01:00-dan 23-ü səhər saat 08:00-dək bağlı olacaq. Giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkün olacaq.

Yarış müddətində bəzi əsas yollar əhalinin istifadəsi üçün açılacaq:

Sentyabrın 15-17-də səhər 07:00-09:00 və axşam 18:00-20:00;

Sentyabrın 18-də səhər 07:00-09:00 və axşam 20:00-22:00.

Tranzit dəhlizləri və giriş-çıxış nöqtələri, eləcə də park və sərnişin minmə-enmə qadağaları BŞH tərəfindən müəyyən edilib. Ağır tonnajlı yük maşınları və ictimai nəqliyyat istisnadır.

Ətraflı məlumat Bakı Şəhər Halqasının rəsmi veb-səhifəsində yerləşdirilib.

DOĞRU.AZ

Seçilən
1
dogru.az

1Mənbələr