AZ

Dünyanın ən varlı adamı titulu bir gecəlik dəyişdi

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən varlı adamı titulu çərşənbə günü qısa müddətə "Tesla" və "SpaceX"in sahibi İlon Maskdan "Oracle" şirkətinin qurucusu Lerri Ellisona keçdi.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Oracle"ın süni intellekt sahəsinə etdiyi sərmayələr nəticəsində əldə etdiyi güclü maliyyə nəticələri Ellisonun sərvətinə cəmi bir gün ərzində 89 milyard dollar əlavə edib və ümumi sərvəti 383,2 milyard dollara yüksəldi. "Bloomberg"in məlumatına görə, bu artım tarixdə qeydə alınmış ən böyük bir günlük sərvət artımı olub.

"Oracle"ın səhmləri, süni intellekt şirkətlərinin artan məlumat mərkəzi ehtiyacları fonunda gün ərzində 43 faizədək bahalaşıb və günü 36 faiz artımla başa vurub. Şirkətin bazar dəyəri bir gündə təxminən 244 milyard dollar artaraq 922 milyard dollara çatıb. Bununla da "Oracle", S\&P 500 indeksində ən dəyərli ilk 10 şirkət arasında yer alıb.

Şirkətin baş direktoru Safra Kats, rüb ərzində dörd böyük milyard dollarlıq müqavilə imzaladıqlarını və qarşıdakı aylarda bir neçə iri müqavilənin daha gündəmdə olduğunu açıqlayıb.

"Oracle"ın bu təsirli yüksəlişi Ellisonu qısa müddətə dünyanın ən varlı adamı etsə də, bazar bağlandıqda Maskın sərvəti 384,2 milyard dollara çataraq Ellisonu 1 milyard dollar geridə qoyub.

Mask 2021-ci ildən bəri əsasən bu siyahının zirvəsində yer alır. O, 2021-ci ildə qısa müddətə Bernar Arno, 2024-cü ildə isə Ceff Bezos qarşısında liderliyi itirmişdi. "Tesla" səhmlərinin bu il 14 faiz dəyər itirməsinə baxmayaraq, Mask "SpaceX" və "Tesla" sərmayələri sayəsində liderliyini qoruyub.

81 yaşlı Lerri Ellison 1977-ci ildə "Oracle"ı quraraq texnologiya dünyasında ən təsirli fiqurlardan birinə çevrilib. Sərvətinin artması ilə yanaşı, o, Havay adalarının birində yerləşən Lana'i adasının 98 faizinə sahibdir və Kaliforniyadakı "Indian Wells" tennis turnirinin canlandırılması ilə də tanınır.

ABŞ-ın keçmiş prezidenti Donald Trampla yaxın münasibətləri ilə tanınan Ellison, tez-tez Ağ Evdə keçirilən texnologiya görüşlərində iştirak edib və bu əlaqələr "Oracle"a müxtəlif dövlət sifarişləri qazandırıb. Hətta bir vaxtlar "TikTok"u alma ehtimalı da müzakirə mövzusu olmuşdu.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
bizimyol.info

1Mənbələr