AZ

"Gözəllik kraliçası" qəzada öldü - FOTO

Ekvadorda faciəvi yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, keçmiş gözəllik kraliçası, 27 yaşlı Şamel Alejandra Alava Zambrano dünyasını dəyişib.

Hadisə El-Empalme şəhərində qeydə alınıb. Zambrano həyat yoldaşı ilə pikapda hərəkət edərkən onların avtomobilinə başqa maşın çırpılıb. Qəzada ümumilikdə altı nəfər xəsarət alıb, lakin həkimlər Zambranonun həyatını xilas edə bilməyib.

Zambrano 2015-ci ildə El-Empalmenin gözəllik yarışmasının qalibi olub. Onun yaxınlarının sözlərinə görə 2024-cü ilin dekabrında ailə qurmuşdu və gələcəkdə doğma şəhərinə mer seçilməyi arzulayırdı.

Qeyd edək ki, daha əvvəl oxşar hadisə Qvatemalada yaşanmış, La-Blanka şəhərinin gözəllik kraliçası motosiklet qəzasında həlak olmuşdu.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
58
4
milli.az

10Mənbələr