Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fransa millisinin və “Real”ın ulduz futbolçusu Orelyan Çuameni Azərbaycan yığmasına qarşı oynamayacaq.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb yarımmüdafiəçinin komandasının dünya çempionatı seçmə mərhələsində üz-üzə gəldiyi Ukrayna görüşündə qırmızı vərəqə almasıdır. Bu səbəbdən də Çuameni ən azı bir oyun cəzalı olacaq.
Fransa millisinin növbəti görüşü isə Azərbaycan yığmasına qarşıdır. Qarşılaşma oktyabrın 10-da, saat 22:45-də start götürəcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.